Bank Of Baku

Misir Mərdanov Belarus səfiri ilə görüşüb

Misir Mərdanov Belarus səfiri ilə görüşüb
# 13 fevral 2012 15:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçlə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir azərbaycanlı gənclərin Belarus universitetlərində bir sıra prioritet ixtisaslar üzrə təhsil almasının mümkünlüyünü qeyd edib. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Belarus ali məktəbləri ilə əlaqələrin yaradılması istiqamətində görülən işlərdən danışıb.

N. Paskeviç isə ölkəsinin təhsil sistemi, ali məktəblərdə aparılan islahatlar barədə məlumat verib. Səfir təhsil sahəsində əlaqələrin inkişafının müxtəlif istiqamətlərindən bəhs edib, ilkin peşə təhsili sahəsində həyata keçirilən birgə layihə çərçivəsində görüləcək işlərə toxunan qonaq Belarus ali məktəblərinin bir çox prioritet ixtisaslar üzrə yüksək təhsil imkanlarına malik olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR