Bank Of Baku

Azərbaycanda muzdla işləyənlərin əmək haqqı 2011-ci ildə 9,5% artıb

Azərbaycanda muzdla işləyənlərin əmək haqqı 2011-ci ildə 9,5% artıb
# 14 fevral 2012 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1,378 mln. nəfər olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 852,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 525,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Eyni zamanda iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1 341,6 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 337,1 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,5%-i məhsul istehsalı və 78,5%-i xidmət sahələrində cəmlənib.

Muzdla işləyənlərin 24,6%-i təhsildə, 19,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 9,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,2%-i tikintidə, 4,8%-i nəqliyyat və anbar təsərrüfatında, 3,3%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 14,5%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

Hesabat ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 419,4 manat təşkil edib, ilin əvvəlindən isə 9,5% artaraq 363,1 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə maliyyə və sığorta fəaliyyətində, mədənçıxarma sənayesində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, nəqliyyat və anbar təsərrüfatı sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR