Bank Of Baku

Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib

Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib
# 14 fevral 2012 12:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanov iclasda bildirib ki, bu müsabiqələr təhsil işçiləri arasında sağlam rəqabətə, yaradıcı təşəbbüskarlığın artırılmasına yol açır. Nazir bu müsabiqənin artıq 5 ildir keçirildiyini qeyd edib. M. Mərdanov müsabiqələrin Təşkilat Komitəsinin tərkibində müəyyən dəyişikliklər edildiyini nəzərə çatdırıb. O, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə 2011-ci ildə 145, 2012-ci ildə isə 151 məktəbin sənəd təqdim etdiyini deyib. Nazir müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən müvafiq bal toplamış 111 məktəbin II mərhələyə buraxıldığını bildirib.

M.Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinə 2011-ci ildə 425, bu il isə 464 nəfərin sənəd təqdim etdiyi, onlardan 456-nın sənədinin ekspertizadan keçdiyini deyib. O, bildirib ki, iştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimləri üstünlük təşkil edir. Ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 456 müəllimdən 229 nəfərin II mərhələyə buraxıldığını söyləyən nazir onların rayon və şəhərlər, eləcə də fənlər üzrə bölgüsünü nəzərə çatdırıb. “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayan nazir II mərhələyə fevralın 20-də başlanılmasının nəzərdə tutulduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR