Bank Of Baku

Ötən il təbii su hövzələrinə 335,02 milyon balıq körpələri buraxılıb

Ötən il təbii su hövzələrinə 335,02 milyon balıq körpələri buraxılıb
# 15 fevral 2012 08:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpələri (nərəcinsli balıqlar 3,41 milyon ədəd, qızılbalıq 171,6 min ədəd, çəkikimilər 326,84 milyon ədəd, (ağ amur) bitki ilə qidalanan 4,6 milyon ədəd) süni və təbii yolla artırılıb və təbii su hövzələrinə buraxılıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçən dövrdə departamentin əməkdaşları tərəfindən 73 qanun pozuntusu aşkarlanıb, 19 akt və 54 protokol tərtib edilib, 54 nəfər məsuliyyətə cəlb olunub. Qanun pozucularından 8 ədəd qayıq, 70 ədəd tor, 740 müxtəlif növ balıq götürülüb, 3 iş rayon məhkəmələrinə, 22 iş hüquq mühafizə orqanlarına göndərilib, 29 işə inzibati qaydada departament tərəfindən baxılıb. Bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 38419 manat məbləğində iddia tətbiq edilib.

2011-ci ildə “Balıqçılıq haqqında” qanunvericiliyə uyğun olaraq 22 hüquqi və 119 nəfər fiziki şəxsə balıq ehtiyatlardan istifadə etmək üçün icazə verilib. Bu müddətdə sənaye ovu üçün kilkə, siyənək və axçalı balıq növlərinin ovlanmasına müvafiq kvotalar ayrılıb, nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi və elmi-tədqiqat məqsədləri üçün nərəcinsli balıq növlərinin ovlanmasına icazə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR