Bank Of Baku

Azərbaycanın 10 rayon və şəhərində Gənclər Evi inşa ediləcək

Azərbaycanın 10 rayon və şəhərində Gənclər Evi inşa ediləcək
# 15 fevral 2012 11:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda Gənclər evləri fəaliyyət göstərir və Dövlət Proqramı çərçivəsində yeni belə mərkəzlərin inşası nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində Azərbaycanın 10 rayon və şəhərində Gənclər Evi inşa ediləcək. Bununla yanaşı Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda Gənclər Evi tikilməsi nəzərdə tutulur: “Artıq bu gün Gənclər evlərinin layihələri təsdiq olunub və bu ildən etibarən o mərkəzlərin inşasına başlanılacaq. Yaxın 2-3 ildə 15 Gənclər Evinin inşası nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR