Bank Of Baku

Bakıda “Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası” mövzusunda konfrans keçirilir

Bakıda “Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası” mövzusunda konfrans keçirilir
# 15 fevral 2012 11:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakıda “Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası” mövzusunda konfrans başlayıb.

APA-nın məlumatına görə, MDB iştirakçı dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev layihənin əhəmiyyəti haqqında danışıb. O deyib ki, layihə Gənlcər və İdman Nazirliyinin dəstəyi ilə “İnkişaf naminə təşəbbüs” qeyri-hökümət təşkilatı tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, layihənin məqsədi gənlcər üçün sosial xidmət mərkəzlərinin əməkdaşlığı üçün təqdim olunan xidmətlərin effektivliyini və keyfiyyətinin yüksəldilməsini təmin edən platformanın yaradılmasıdır: “Belə platforma MDB iştirakçı dövlətlərində mövcud olan sosial xidmət müəssisələrinin fəaliyyətinin informasiya, təşkilati, hüquqi, metodoloji, kadr təminatı sahələrində təcrübə mübadiləsi vasitəsi ilə formalaşdırılır”.

O, layihə çərçivəsində www.sociolab.az informasiya resursu yaradıldığını da söyləyib.

Konfransda Azərbaycan, Belarus, Moldova, Rusiya, Qırğızıstan, Tacikistan, Ukraynadan olan mütəxəssislər, gənclər üçün sosial xidmət mərkəzlərinin əməkdaşları, həmçinin gənclər siyasətinə cavabdeh olan dövlət qurumlarının təmsilçiləri çıxış edərək layihənin geniş arealı əhatə etdiyini vurğulayıblar.

Qeyd edək ki, fevralın 15-16-da keçiriləcək tədbir çərçivəsində müasir sosial xidmət müəssisələrinin psixoloji dəstəyin göstərilməsi, istedadlı və yaradıcı gənclərin inkişafının dəstəklənməsi, peşəyönümlü işlərin təşkili (məlumatlandırma, konsultasiya, diaqnostika), aut-riç işi istiqamətlərində təqdimatlar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR