Bank Of Baku

Səttar Mehbalıyev: “Ötən il özəl sektorda fəaliyyət göstərən 110 qurumda həmkarlar təşkilatı yaradılmasına nail olunub”

Səttar Mehbalıyev: “Ötən il özəl sektorda fəaliyyət göstərən 110 qurumda həmkarlar təşkilatı yaradılmasına nail olunub”
# 15 fevral 2012 13:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “2011-ci ildə özəl sektorda fəaliyyət göstərən 110 qurumda həmkarlar təşkilatı yaradılmasına nail olunub”. APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, həmkarlar təşkilatı fəaliyyət göstərən 17 300 qurumun 11 760-da kollektiv müqavilələr bağlanılıb: “Müqavilə bağlamayan qalan 5540 təşkilatda işçilərin sayı 10-14 nəfərdir ki, burada müqavilə bağlanmasına ehtiyac yoxdur”.

S. Mehbalıyev qeyd edib ki, hazırda özəl sektordakı 3733 müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatlarının üzvlərinin sayı 154665 nəfərdir: “Məqsədimiz özəl sektorda həmkarlar təşkilatlarının sayının artırılmasıdır”.

AHİK sədrinin sözlərinə görə, 2011-ci ildə Həmkarlar İttifaqları Konfederasiyasına 158645 ərizə daxil olub: “Bunlardan 108485-nə müsbət cavab verilib. 2011-ci ildə 250 nəfər işə bərpa olunub. Həmin işçilərin 25-i məhkəmə vasitəsilə işə qaytarılıb. Həmkarlar təşkilatı üzvünün işdən azad olunması üçün isə müəssisə rəhbərləri tərəfindən 1337 müraciət daxil olub. Bunların min nəfərinin işdən azad olunmasına razılıq verilib. 337 nəfərin isə işdən çıxarılmasına razılıq verilməyib. Əmək qanunvericiliyinin bizə belə hüquq verməsi işçinin hüquqlarını qorumağa kömək edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR