Bank Of Baku

Fənn olimpiadalarının yekun turu martın 17-18-də Bakıda keçiriləcək

Fənn olimpiadalarının yekun turu martın 17-18-də Bakıda keçiriləcək
# 15 fevral 2012 15:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda fənn olimpiadalarının yekun turu martın 17-18-də Bakıda keçiriləcək. APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Misir Mərdanov fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında əmr imzalayıb.

Əmrdə bildirilir ki, olimpiadaların yekun turunun iştirakçıları martın 17-də Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə nazirlik nəzdindəki Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında, riyaziyyat, fizika və informatika fənləri üzrə nazirlik nəzdindəki Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseydə, kimya və biologiya fənləri üzrə nazirlik nəzdindəki Kimya-Biologiya Təmayüllü Liseydə yerləşdiriləcəklər.

Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə martın 18-də BDU-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR