Bank Of Baku

Yaponiya hökuməti Azərbaycanın iki rayonunda layihələr həyata keçirmək üçün vəsait ayırıb

Yaponiya hökuməti Azərbaycanın iki rayonunda layihələr həyata keçirmək üçün vəsait ayırıb
# 16 fevral 2012 07:15 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Yaponiyanın Azərbaycandakı səfiri Bərdə və Tərtər rayonlarında səfərdə olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yaponiyalı diplomat ölkəsinin ayırdığı qrant hesabına hər iki rayonda həyata keçiriləcək iqtisadi layihələrlə bağlı imzalanma mərasimində iştirak edib. “Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardımı” vasitəsilə “Ot kökləri və İnsan Təhlükəsizliyi” Qrant Proqramı çərçivəsində həyata keçiriləcək layihələrdən biri Bərdədə, digəri isə Tərtər rayonunda reallaşdırılacaq. Səfir Şusuke Vatanabe əvvəlcə Bərdə rayonunda olub. O, bu rayonun ən ucqar yaşayış məntəqələrindən biri olan Qaraməmmədli kəndində tibb məntəqəsinin inşası ilə bağlı layihənin təqdimat mərasimində iştirak edib. Mərasimdən sonra jurnalistlərə açıqlama verən diplomat bildirib ki, Bərdə və Tərtər rayonları ilə əlaqələr bundan sonra da genişləndiriləcək: “Biz Bərdə və Tərtər rayonlarında iqtisadi layihələrin həyata keçirilməsində bundan sonra da maraqlıyıq. Yaponiyada baş verən dəhşətli sunami zamanı Azərbaycan Yaponiyaya çox yaxından humanitar dəstək nümayiş etdirdi. Bizim də Azərbaycanın kənd rayonları olan Bərdə və Tərtərdə iqtisadi layihələrin və infrastrukturun inkişafına dəstək göstərmək məqsədimiz var”.
Tərtərdə isə, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə “Tərtər Regional Peşə və Təlim Mərkəzinin (PTM) təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi” layihəsinin təqdimatı və 112 min manatlıq iqtisadi layihənin başlanmasına dair imzalanma mərasimi keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və BAMF-ın sədri Umud Rəhimoğlu bildiriblər ki, layihənin icrası 6 ay müddətinə başa çatdırılacaq və rayon iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR