Bank Of Baku

TQDK qəbul imtahanlarında iştirak edəcək nəzarətçilərlə seminar-məşğələləri davam etdirir

TQDK qəbul imtahanlarında iştirak edəcək nəzarətçilərlə seminar-məşğələləri davam etdirir
# 16 fevral 2012 07:45 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələləri davam etdirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 15-dək Sumqayıt şəhəri və həmin şəhərdə məskunlaşmış Qubadlı rayonunun orta ümumtəhsil müəssisələrindən, Ağcabədi, Bərdə, Samux, Göygöl rayonlarının, eləcə də Bakı şəhəri Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Sabunçu rayonu orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər üçün seminar-məşğələlər keçirilib.
Fevralın 16-da seminarlar Bakı şəhəri Suraxanı rayonu, bölgələrdə isə Ağdaş və Yevlax rayonlarının orta ümumtəhsil müəssisələrindən olan müəllimlər üçün keçiriləcək.
Bu seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
Seminarlar TQDK-nın Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır.
Qeyd olunub ki, bu seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə və imtahanların idarə olunması işində hazırlıqlarına kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR