DSMF-nin sədr müavini: “Azərbaycanda pensiya yaşının dəyişdirilməsi gözlənilmir” - MÜSAHİBƏ
- Ötən həftə prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam verdi. Sərəncamın icrası nə yerdədir və bu artım nə vaxtdan ödəniləcək?
- Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli və şəffaf bölgüsünə imkan verir. 2006-cı ildən hazıradək Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 6 sərəncam imzalayıb. Sığorta-pensiya sistemində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində bu sərəncamların icrası avtomatlaşdırılmış qaydada həyata keçirilməkdədir. 2011-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə, istehlak qiymətlərinin 7,9 faizlik indeksi qeydə alınıb. Həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədilə hazırda DSMF tərəfindən 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi aparılır. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi həyata keçirilir. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 5,0 mln. manat, il ərzində isə 60,3 mln. manat əlavə vəsait tələb olunacaq ki, həmin vəsaitlər də Fondun büdcəsində öz əksini tapıb. Bu artımın əvvəlki illərdə həyata keçirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsidir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılıb və hazırda pensiyaçıların 92,2%-nin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir. Ümumilikdə isə artımlar fərqli olacaq. Yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı da yüksək məbləğlə ifadə olunacaq. Yanvar ayı üzrə də daxil olmaqla artımlar fevral ayının pensiyası ilə birlikdə pensiyaçılara ödəniləcək.
- Bir neçə gün öncə sığorta-pensiya sisteminin perspektiv inkişafı üzrə beynəlxalq ekspertlərin apardığı tədqiqatlar mövzusunda təqdimat keçirildi. Təqdimatla bağlı mediada müzakirə olunan məsələlərdən biri də pensiya yaşının dəyişdirilməsi fikri ilə bağlıdır. Bilmək istərdik ki, bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?
- Təəssüf ki, bəzi ekspertlər tərəfindən bu məsələ düzgün şərh edilmir. Qeyd etdiyiniz təqdimatda beynəlxalq təcrübədə qəbul olunmuş yanaşma metodları əsasında pensiya sisteminin uzunmüddətli inkişafına dair aktuar tədqiqatların nəticələri müzakirə olunub. Bu tədqiqatlar makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərlə yanaşı, demoqrafik göstəricilərin təsirinin də öyrənilməsini əhatə edir. Tədqiqatın nəticəsində 2020-ci, 2040-cı və ondan sonrakı illərdə sistemin maliyyə dayanıqlığının gözlənilməsi üzrə müxtəlif ssenarilər verilib, mövcud risklər və onların qarşılanması üçün alternativlər təqdim olunub. Konkret olaraq pensiya sisteminə demoqrafik və digər amillərin təsirinin qarşılanması məqsədilə yığım komponentinin tətbiqi irəli sürülmüşdür. Yəni maliyyə dayanıqlığının artırılması üçün yığım komponenti vasitəsilə məşğul əhalinin sığorta-pensiya sistemində daha aktiv iştiraka cəlb olunması təklif edilmişdir. Buna görə də təbii mövcud olan demoqrafik göstəricilərin pensiya sisteminə təsirinin qiymətləndirilməsi məsələsi pensiya yaşının artırılması kimi başa düşülməməlidir. Azərbaycanda bu islahat 2010-cu ildə baş verib və qanunvericilikdə dəyişikliklər aparılıb. Pensiya yaşının dəyişdirilməsi ilə bağlı əlavə hər hansı tədbir gözlənilmir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmizdə pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qərarlar nəticəsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığı və islahatların davam etdirilməsi üçün əlverişli şərait təmin olunub. Halbuki bir çox inkişaf etmiş ölkələrdə həmin məsələnin həllinə yalnız baş vermiş maliyyə böhranından sonra başlanılıb ki, bunun da yaratdığı ciddi gərginlikləri müşahidə etməkdəyik.
- Qeyd etdiniz ki, əsas təklif yığım komponentinin tətbiqi ilə bağlıdır. Pensiya təminatında yığım komponentinin tətbiqi məsələsini bir qədər ətraflı şərh edərdiniz...
- Azərbaycan Respublikasının pensiya qanunvericiliyi baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. 2006-cı ildən yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilib. Yığım komponentinin tətbiqi üzrə isə ehtiyatlı mövqe tutulub və son dövrlər bir sıra ölkələrin sığorta-pensiya sistemində baş verən proseslər bu mövqenin daha doğru olduğunu təsdiqləyir. Çünki yığım komponentinin tətbiqi daha mürəkkəb mərhələ olmaqla ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən daha çox asılıdır. Bir sıra ölkələrdə bu istiqamətdə səslənən arqumentlər ondan ibarətdir ki, pensiya sistemində yığım komponentinin tətbiqi maliyyə bazarının mövcud inkişafı səviyyəsi ilə üst-üstə düşmür və bu səbəbdən də vəsaitlərin yerləşdirilməsində yaranan problemlər nəinki nəzərdə tutulan dividentləri, hətta inflyasiyadan qoruma imkanını da vermir. Digər tərəfdən, yığım hissəsinin pensiyaların cari maliyyələşdirilməsinə sərf olunmaması pensiya sistemlərinin büdcə kəsirini daha da dərinləşdirir. Bu baxımdan hazırda əksər ölkələrdə, bu komponentin könüllülük prinsipi əsasında tətbiqi və yaxud yığım hissəsinin həcminin azaldılması, bəzən isə tamamilə istisna edilməsi kimi təkliflər müzakirə predmetinə çevrilib. Məsələn, yığım komponentini 1998-ci ildən tətbiq edən Macarıstan bu il yanvar ayının 1-dən tamamilə ləğv edib. Ona görə də qeyd olunan sahədə beynəlxalq təcrübənin ətraflı öyrənilməsi, əvvəlcədən xüsusi aktuar tədqiqatlar aparmaqla müxtəlif alternativlərin hazırlanması vacibdir.
- Yaxın perspektivdə Azərbaycanda pensiya təminatında yığım hissəsinin tətbiqi gözlənilirmi?
- Azərbaycan prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi islahatın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Lakin bu komponentin tətbiqinin daha mürəkkəb mərhələ olması da xüsusi qeyd olunub. Bunun üçün əvvəlcə beynəlxalq təcrübənin öyrənilməsi, sosial sığorta haqlarının fərdi yığım hesablarına yönəldilməsi mexanizmlərinin və həmin vəsaitlərin idarə olunması qaydalarının düzgün təyin edilməsi, yalnız bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması nəzərdə tutulub. Fond tərəfindən bu istiqamətdə tədbirlər Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun davam etdirilir. Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqinə keçidlə bağlı beynəlxalq ekspertləri cəlb etməklə tədqiqatların təşkilinə paralel olaraq müvafiq normativ hüquqi bazanın hazırlanması üçün də tədbirlər görülür. Bu məqsədlə DSMF tərəfindən Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təqdim olunmuş “Pensiya sistemində yığım komponentinin tətbiq edilməsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna dəstək” adlı tvinninq layihəsi Avropa Komissiyası tərəfindən artıq təsdiq edilib. Azərbaycanın sığorta-pensiya modeli beynəlxalq təcrübədə öz üstünlükləri ilə fərqlənir. Ümidvaram ki, ölkəmizdə sığortaolunanların pensiya təminatında yığım komponentinin tətbiqi ilə bağlı əldə edəcəyimiz nailiyyətlər də bu sahəyə öz töhfəsini verəcək.
Sosial
Növbəti köç karvanı Xocavəndə çatıb
DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
“Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib - FOTO
FHN və DSX birgə təlim keçirib - VİDEO
Xəbər Lenti
Rusiya: Son sutka ərzində 903 Ukrayna dronu vurulub
Ceyhun Bayramov: Xaricdəki hərbi münaqişələrə qoşulmaq Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər
XİN: Münaqişə zonalarında yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün sistemli iş aparılır
ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
XİN başçısı: İordaniya Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişini dəstəkləyir
Nazir: Azərbaycanın böyük potensialı var, biz bundan bəhrələnə bilərik
Ceyhun Bayramov: Azərbaycan və İordaniya potensiallarından istifadə edərək yaxın bölgələrə birgə çıxış təmin edə bilər
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
İordaniyalı nazir ABŞ-la İran arasında atəşkəsi dəstəklədiyini deyib
İordaniyanın XİN başçısı Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib
Ankarada NATO-nun 36-cı Sammitinin rəsmi açılış mərasimi başlayıb
İordaniyanın XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmaq üzrədir
Bu ilin payızında AQEM Sammiti Azərbaycanda keçiriləcək
Azərbaycan XİN başçısı iordaniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Nazir: İordaniya ilə qarşılıqlı səfərlərin sayının artırılmasına ehtiyac var
Növbəti köç karvanı Xocavəndə çatıb
Starmer: Ankara Zirvəsi NATO üçün son dərəcə mühüm əhəmiyyət daşıyır
Ceyhun Bayramov: Azərbaycan və İordaniya arasında yaxın zamanda yeni sənədlər imzalanacaq
Azərbaycanın iqtisadi nümayəndə heyəti İordaniyaya səfər edəcək
ABŞ müharibə naziri İsrailə planlaşdırılan səfərini ləğv edib
Azərbaycan və İordaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Laçında 2,4 ton çətənə kolu məhv edilib
Merz: Rusiyanın Ukrayna ilə müharibədə qalib gəlmək şansı yoxdur
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO
Andrey Babiş: Çexiya bu il müdafiə xərclərində NATO hədəfinə çata bilməyəcək
Tramp: Mən olmasaydım, Ərdoğan İsrailə qarşı müharibəyə girə bilərdi
Tramp: İran hakimiyyəti etiraz aksiyalarını qəddarlıqla yatırıb, on minlərlə etirazçının ölümünə səbəb olub
Sabirabadda 10 kq narkotik aşkarlanıb
Ceyhun Bayramovla İordaniya Baş nazirinin müavini arasında geniştərkibli görüş keçirilir - FOTO
ABB 5 milyon manat həcmində istiqraz buraxır
Sabah Bakı ətrafı ərazilərdə yağış yağacağ - PROQNOZ
DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
Tramp NATO-nun İran və Qrenladniya mələlələrində ABŞ-a kömək etmədiyini deyib
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - VİDEO
Tramp: İspaniya ilə bütün ticarəti kəsəcəyik, səfərlərə də son qoyulacaq
Azərbaycanla İordaniya arasında viza və enerji sahəsində iki sənəd imzalanıb
Tramp: İranla atəşkəs mənim üçün bitdi
Azərbaycanda daşınmaz əmlak alanlara 17 mln. manatdan çox ƏDV geri qaytarılıb
XİN: Bu səfər Azərbaycanla İordaniya arasında mövcud olan möhkəm dostluğun bariz nümunəsidir
I yarımildə istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Rusiyanın bir neçə regionuna PUA hücumu olub, ölən və yaralananlar var
İordaniya Baş nazirinin müavini ilə Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilir
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Rusiyanın Xarkova zərbəsi nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb
Qərargah: İrana qarşı hücumlara verilən hər cür dəstəyin hədəfi legitim hədəfimiz olacaq
"Qızılağac” qoruğunda yanğın olub
“Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib - FOTO
Miçotakis F-35 barədə Tramp və Ərdoğanın açıqlamalarını şərh etməyib
İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək