Bank Of Baku

Nazir: “Məktəbdənkənar müəssisələrinin fəaliyyətini dayandırmaq barədə düşünmürük”

Nazir: “Məktəbdənkənar müəssisələrinin fəaliyyətini dayandırmaq barədə düşünmürük”
# 16 fevral 2012 09:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı dəyirmi masada çıxışında deyib. Nazir bildirib ki, bu gün məktəbdənkənar müəssisələrə gedən yeniyetmələrin əldə etdiyi nəticələr qənaətbəxşdir. Onun sözlərinə görə, məktəbdənkənar müəssisələr gedən yeniyetmələr respublika və beynəlxalq səviyyəli yarışlarda indiyədək 1886 medal qazanıblar.

Nazir çıxışında repetitorların fəaliyyəti barədə də danışıb. Misir Mərdanov deyib ki, repetitorluq təhsilə, müəllimlərə və millətə ziyan gətirir: “Yaxşı müəllimlər məktəbi atıb, gedib repetitorluq edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR