Bank Of Baku

Türkiyənin “SKY TÜRK” telekanalında Azərbaycan prezidenti İlham Əliyevə həsr olunmuş film nümayiş ediləcək

Türkiyənin “SKY TÜRK” telekanalında Azərbaycan prezidenti İlham Əliyevə həsr olunmuş film nümayiş ediləcək
# 16 fevral 2012 11:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş “Qafqazda yeni Avropa” adlı film Türkiyənin “SKY TÜRK” TV kanalında nümayiş etdiriləcək. Filmin nümayişi fevralın 18-19-da saat 18.00-da baş tutacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmdə görkəmli ictimai xadimlərin, elm, mədəniyyət nümayəndələrinin, o cümlədən AMEA prezidenti Mahmud Kərimovun Azərbaycanı balanslaşdırılmış, tarazlı, dinamik siyasəti ilə regionun lider dövlətinə çevirən, dünya siyasət arenasında söz sahibi kimi tanınan prezident İlham Əliyev haqqında fikir və düşüncələri, arzuları öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR