Bank Of Baku

Səhiyyə mütəxəssislərinin növbəti sertifikasiya imtahanlarının nəticələri açıqlanıb

Səhiyyə mütəxəssislərinin növbəti sertifikasiya imtahanlarının nəticələri açıqlanıb
# 16 fevral 2012 14:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA, Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar dünən revmotologiya və ümumi cərrahiyyə ixtisası üzrə keçirilib.
İmtahanlarda ümumilikdə 38 həkim iştirak edib və onlardan 37 nəfər uğurlu nəticələr qazanıb.
Növbəti test imtahanları fevralın 22-də ftiziatriya və nefrologiya ixtisasları üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR