Bank Of Baku

Azərbaycanda qeyd olunan gənclər gününə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Azərbaycanda qeyd olunan gənclər gününə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 16 fevral 2012 15:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda fevralın 2-də qeyd olunan gənclər gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev 2011-ci ili Azərbaycanın bütün sahələrində yadda qalan hadisələrlə zəngin olduğunu deyib və gənclər siyasəti sahəsində dövlət proqramlarının uğurla həyata keçirildiyini bildirib. O qeyd edib ki, gənclər ölkənin yenilik daşıyıcıları, innovativ potensialın əsasıdır.
İ. Babayev bildirib ki, ötən ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” təsdiqlənib və bununla da dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb.
Nazir müavini, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradıldığını, Bakıda Gənclər Mərkəzinin, regionlarda “Gənclər Evi”nin inşa edilməsi üçün müvafiq addımlar atıldığını da diqqətə çatdırıb. Nazir müavini çıxışında Azərbaycan gənclərinin VI Forumunun əhəmiyyətinə də toxunub: “Forum gənclər siyasəti sahəsində gələcək fəaliyyəti müəyyənləşdirib”.

İ. Babayev 2012-ci ilin prioritetləri haqqında da danışıb. O deyib ki, 2012-ci il Azərbaycan prezidentinin sərəncamı ilə “İdman İli” elan olunub, 2020-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb: “Ölkəmiz “Euorovision - 2012” mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır. Biz fəal mövqedə duran bacarıqlı, məqsədə doğru inamla gedən gənclərimizi dəstəkləyirik, onlarla fəxr edirik”.

İ. Babayev, İnternetdə “Azərbaycanın gənclər paytaxtı” mövzusunda keçirilən sorğu-səsvermədə Gəncə şəhərinin birinci yeri tutduğunu açıqlayıb. Onun sözlərinə görə, səsvermədə 1 milyon 700 min azərbaycanlı gənc iştirak edib.

Tədbirdə bir qrup ictimai fəal, istedadlı və yaradıcı gənc, gənclər təşkilatlarının liderləri, gənc alim, rəssam, yazıçı, musiqiçi və aktyor mükafatlandırılıb. Daha sonra tədbir bədii hissə ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR