Bank Of Baku

Elmira Süleymanova UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Elmira Süleymanova UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
# 17 fevral 2012 11:11 (UTC +04:00)
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi cari ildə Ombudsmanın UNİSEF-in Azərbaycan nümayəndəliyi ilə uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi üzrə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub. Müvəkkil qonağa digər hüquqlarla yanaşı, uşaqların, o cümlədən qaçqın və məcburi köçkün, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən, həmçinin əlil uşaqların hüquqlarının müdafiəsi ilə bağlı tərəfindən mühüm tədbirlərin görüldüyünü, müvafiq dövlət orqanlarına təkliflər verdiyini, bunların bir qisminin öz həllini tapdığını bildirib.
Görüşdə E. Süleymanova və M. Herevard 2012-ci ildə Ombudsman təsisatı ilə UNİSEF-in uşaq hüquqları üzrə birgə fəaliyyətinə dair İş planını imzalayıblar.
M.Herevard Müvəkkilin insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, bu İş planı çərçivəsində təmsil etdiyi qurumun Ombudsman təsisatı ilə əməkdaşlığının cari ildə daha da genişləndiriləcəyini, Müvəkkilin mərkəzi Aparatının və regional mərkəzləri əməkdaşlarının uşaq hüquqlarının müdafiəsi üzrə potensialının və biliklərinin daha da gücləndirilməsinə dəstək veriləcəyini söyləyib. O, körpələr evlərinin vəziyyətinin, yeni doğulmuş uşaqların bu müəssisələrə düşmə səbəblərinin araşdırılmasının zəruriliyini açıqlayıb.
Görüşdə UNİSEF-in Azərbaycan nümayəndəliyinin məsul əməkdaşı Munir Məmmədzadə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR