Bank Of Baku

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vətəndaşlardan 33 316 müraciət daxil olub

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vətəndaşlardan 33 316 müraciət daxil olub
# 17 fevral 2012 11:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Ötən il vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 33 min 316 müraciət daxil olub.

APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib.

Onun sözlərinə görə, bu müraciətlərin 7 mini ərizə və şikayətlərlə bağlı olub: “7 minin yarısı isə vətəndaşların işlədikləri müəssisələrə aid olub. Onlar ərizələrində işlədikləri müəssisələrdə hüquqlarının tapdandığını və digər problemləri göstəriblər”.

E.Kələntərli onu da deyib ki, nazirlik hazırda 1 mln. 500 min vətəndaşa xidmət göstərir. Onlardan 500 min nəfəri ünvanlı yardım, 400 min nəfəri sosial müavinət və digərlər yardımlarla bağlıdır. Digər xidmətlər isə əllilər, mənzil, avtomobil təminatı, ölkədə və xaricdə müalicələrlə əlaqədardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR