Bank Of Baku

Bakının Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzi tikilir

Bakının Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzi tikilir
# 17 fevral 2012 11:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib. Mərkəz küçə uşaqları üçün nəzərdə tutulub: “Uşaqlar həmin mərkəzdə həkim nəzarətindən keçiriləcək. Ailələri axtarılacaq, əgər valideynləri varsa ailələrinə qaytarılacaq. Valideynləri olmayanların isə internat evlərinə yerləşdirilməsi və gələcək yaşayışları üçün işlər aparılacaq. Əsas məqsəd odur ki, küçə uşaqlarını küçələrdən yığaq”.

E. Kələntərli Azərbaycanda sosial evlərin yaradılması ilə bağlı nazirliyin təklifləri barədə də məlumat verib: “Sosial ev sığınacağın bir formasıdır. Həmin evlərdə insanlar ilin istənilən vaxtında gecələyə, isti yeməklə təmin oluna, ehtiyac olduqda həkim nəzarətindən keçə bilərlər”. O, həmçinin nazirlik tərəfindən inşa olunacaq sosial evlərdə belə vətəndaşların daimi yox, müvəqqəti olaraq yaşayacaqlarını bildirib: “Bu bizə imkan verəcək ki, monitorinqlər keçirək və görək belə insanların sayı nə qədərdir, hansı problemlərlə üzləşiblər və nə üçün bu yola düşüblər. Bu həm də belə insanların özlərinə bir dəstəkdir”. Onun sözlərinə görə, ölkənin 8 rayonunda sosial evlərin tikilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR