Bank Of Baku

“İnzibati məhkəmə icraatı: təcrübə və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“İnzibati məhkəmə icraatı: təcrübə və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
# 17 fevral 2012 11:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Britaniyanın Azərbaycandakı səfirliyi, “İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyi və “Hüquq və İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “İnzibati məhkəmə icraatı: təcrübə və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə inzibati məhkəmələrin yarandığı dövrdən ilk altı ay ərzində fəaliyyətinin qiymətləndirilməsinə dair təqdimat və inzibati məhkəmə icraatının praktiki, o cümlədən hüquqi məsələlərinə dair çıxışlar və müzakirələr olub.

“İnzibati icraatın praktiki məsələləri” mövzusunda çıxış edən “İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova inzibati-iqtisadi məhkəmələrin ayrılmaması, inzibati orqanların fəaliyyətinin “İnzibati icraat haqqında” qanuna tam uyğunlaşdırılmadığı, inzibati şikayətlərə məhkəmə qaydasında baxılmasının müddətləri, inzibati orqanların təsnifatı ilə bağlı çətinliklər və digər problemlər barədə danışıb.

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov inzibati icraatın hüquqi məsələlərinə dair məruzə ilə çıxış edib.

Tədbirin sonunda inzibati icraatın qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklif və tövsiyələrin müvafiq dövlət orqanlarına göndərilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR