Rəna Səfərəliyeva: “Azərbaycanda son dövrlər korrupsiyaya qarşı mübarizə məqsədilə bir çox qanunvericilik aktı qəbul olunub, bəziləri üzərində isə iş gedir”
R. Səfərəliyeva Azərbaycanda son dövrlər korrupsiyaya qarşı mübarizə məqsədilə bir çox qanunvericilik aktları qəbul olunduğunu, bəzilərinin üzərində isə iş aparıldığını deyib: “Buna misal kimi, son olaraq parlamentə təqdim olunan “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında" qanun layihəsini göstərmək olar. Bununla yanaşı, qeyd edim ki, Maraqların toqquşması ilə bağlı qanun layihəsi Milli Məclisə göndərilsə də, hələ də qəbul edilməyib. Eyni zamanda vəzifəli şəxslər tərəfindən “Maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarının təsdiq edilməsi haqqında” qanunun icra edilməsi üçün lazımı hüquqi normativ aktlar qəbul edilməlidir”.
İcraçı direktor deyib ki, Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun fəaliyyəti ilə bağlı qəbul edilmiş son qərarları yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) və bunun ardınca dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında prezidentin fərmanı və Nazirlər Kabinetinin elektron xidmətlərin göstərilməsi ilə bağlı qərarının icrası kifayət qədər sürətlənib. Artıq bəzi dövlət qurumlarında bu iş yüksək səviyyədə qurulub: “Bununla yanaşı, bir çox dövlət qurumlarında bu istiqamətdə işlər axsayır, irəliləyişlər daha az nəzərə çarpır. Daha yüksək uğurlar əldə etmək üçün vahid metodologiyanın hazırlanmasına ehtiyac var”.
R. Səfərəliyeva onu da deyib ki, birbaşa olaraq sahibkarlarla işləyən dövlət qurumlarında da (məsələn, Vergilər Nazirliyi) biznes fəaliyyətinin həyata keçirilməsi tənzimləyici qaydaların sadələşdirilməsi və bəzi sənədlərin ixtisar edilməsi ilə əlaqəli irəliləyişlər qeydə alınıb. Dövlət qulluğuna qəbul (Dövlət Qulluğu Məsələləri üzrə Komissiya), yol polisinin fəaliyyəti (Daxili İşlər Nazirliyi) ilə bağlı da eyni irəliləyişləri qeyd etmək olar: “Bir sıra dövlət qurumları korrupsiya ilə mübarizəyə institusional şəkildə yanaşaraq şəbəkə formasında qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirlər. Bunlara misal kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanı göstərmək olar. Vətəndaşlarla birbaşa təmasda olan digər dövlət qurumlarının da bu istiqamətdə addımlar atması effektiv nəticələr verə bilər”.
İcraçı direktor bu gün ölkədə ən aktual olan məsələlərdən birinin qaynar xətlərin fəaliyyəti ilə bağlı olduğunu açıqlayıb: “Əksər dövlət qurumlarında məlumat qaynar xətləri yaradılsa da, vahid metodologiyanın olmaması əlavə problem yaradır və qaynar xətlərin fəaliyyətinin effektiv qurulmasına mane olur. Təklif edirik bu kimi halların aradan qaldırılması üçün qaynar xətlər vahid metodologiyaya uyğun olaraq yaradılsın və ya artıq yaradılmış qaynar xətlər təkmilləşdirilsin. Qaynar xətlərin idarə edilməsinə, cavablandırmaya peşəkarlar cəlb edilsin və qaynar xətlərin fəaliyyətinin monitorinqi aparılsın, nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilsin. Bu istiqamətdə Təhsil Nazirliyi və Baş Prokurorluğunun qaynar xətlərini nümunə kimi göstərmək olar”.
O, həmçinin qeyd edib ki, büdcə vəsaitlərinin xərclənməsi istiqamətində effektiv fəaliyyətin qurulmasına ciddi ehtiyac duyulur.
Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın inkişafı və onun qarşısının alınması üçün birgə təşviq üzrə qarşılıqlı anlaşma memorandumu imzalanması barədə danışan R. Səfərəliyeva vətəndaş cəmiyyətinin üzvü kimi bu tədbirdə iştirak etdiyini, bu fəaliyyəti yüksək qiymətləndirdiyini vurğulayıb: “BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Ofisinin, Avstriya hökumətinin, Dələduzluqla mübarizə üzrə Avropa Ofisinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Antikorrupsiya Akademiyasının ölkəmizlə əməkdaşlığının artırılması müsbət haldır. Şamaxı şəhərində “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfrans da, bu istiqamətdə çalışan şəxslərin, qurumların, təşkilatların bir araya gəlib, fikir mübadiləsi aparması üçün gözəl imkan idi. Heç də hər zaman bu cür fürsət olmur və hesab edirəm ki, aparılan müzakirələr korrupsiya probleminin aradan qaldırılması istiqamətində faydalı nəticələr verəcək”.
R. Səfərəliyeva vətəndaşları korrupsiyaya qarşı mübarizəyə həvəsləndirmək üçün onlarda dövlətə inam hissi yaratmağın da vacib olduğunu bildirib: “Onlar eyni zamanda öz hüquq və vəzifələrini də bilməlidirlər. Hesab edirəm ki, pulsuz hüquqi klinikaların yaradılmasına da ciddi ehtiyac duyulur”.
Sosial
Xocavəndin iki kəndinə köç olub, açarlar təqdim edilib- YENİLƏNİB
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub
DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
“Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib - FOTO
Xəbər Lenti
Xocavəndin iki kəndinə köç olub, açarlar təqdim edilib- YENİLƏNİB
Peskov Baltikyanı ölkələr üçün yaxşı bir şey proqnozlaşdırılmadığını deyib
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub
Salih Özcan "Beşiktaş"a transfer olub
Rusiya MN: Son sutka ərzində 903 Ukrayna dronu vurulub
Ceyhun Bayramov: Xaricdəki hərbi münaqişələrə qoşulmaq Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər
XİN: Münaqişə zonalarında yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün sistemli iş aparılır
ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
XİN başçısı: İordaniya Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişini dəstəkləyir
Nazir: Azərbaycanın böyük potensialı var, biz bundan bəhrələnə bilərik
Ceyhun Bayramov: Azərbaycan və İordaniya potensiallarından istifadə edərək yaxın bölgələrə birgə çıxış təmin edə bilər
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
İordaniyalı nazir ABŞ-la İran arasında atəşkəsi dəstəklədiyini deyib
İordaniyanın XİN başçısı Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib
Ankarada NATO-nun 36-cı Sammitinin rəsmi açılış mərasimi başlayıb
İordaniyanın XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmaq üzrədir
Bu ilin payızında AQEM Sammiti Azərbaycanda keçiriləcək
Azərbaycan XİN başçısı iordaniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Nazir: İordaniya ilə qarşılıqlı səfərlərin sayının artırılmasına ehtiyac var
Starmer: Ankara Zirvəsi NATO üçün son dərəcə mühüm əhəmiyyət daşıyır
Ceyhun Bayramov: Azərbaycan və İordaniya arasında yaxın zamanda yeni sənədlər imzalanacaq
Azərbaycanın iqtisadi nümayəndə heyəti İordaniyaya səfər edəcək
ABŞ müharibə naziri İsrailə planlaşdırılan səfərini ləğv edib
Azərbaycan və İordaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Laçında 2,4 ton çətənə kolu məhv edilib
Merz: Rusiyanın Ukrayna ilə müharibədə qalib gəlmək şansı yoxdur
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO
Andrey Babiş: Çexiya bu il müdafiə xərclərində NATO hədəfinə çata bilməyəcək
Tramp: Mən olmasaydım, Ərdoğan İsrailə qarşı müharibəyə girə bilərdi
Tramp: İran hakimiyyəti etiraz aksiyalarını qəddarlıqla yatırıb, on minlərlə etirazçının ölümünə səbəb olub
Sabirabadda 10 kq narkotik aşkarlanıb
Ceyhun Bayramovla İordaniya Baş nazirinin müavini arasında geniştərkibli görüş keçirilir - FOTO
ABB 5 milyon manat həcmində istiqraz buraxır
Sabah Bakı ətrafı ərazilərdə yağış yağacağ - PROQNOZ
DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
Tramp NATO-nun İran və Qrenladniya mələlələrində ABŞ-a kömək etmədiyini deyib
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - VİDEO
Tramp: İspaniya ilə bütün ticarəti kəsəcəyik, səfərlərə də son qoyulacaq
Azərbaycanla İordaniya arasında viza və enerji sahəsində iki sənəd imzalanıb
Tramp: İranla atəşkəs mənim üçün bitdi
Azərbaycanda daşınmaz əmlak alanlara 17 mln. manatdan çox ƏDV geri qaytarılıb
XİN: Bu səfər Azərbaycanla İordaniya arasında mövcud olan möhkəm dostluğun bariz nümunəsidir
I yarımildə istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Rusiyanın bir neçə regionuna PUA hücumu olub, ölən və yaralananlar var
İordaniya Baş nazirinin müavini ilə Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilir
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Rusiyanın Xarkova zərbəsi nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb
Qərargah: İrana qarşı hücumlara verilən hər cür dəstəyin hədəfi legitim hədəfimiz olacaq
"Qızılağac” qoruğunda yanğın olub