Bank Of Baku

Ombudsmanın nümayəndələri üç rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanalarına baş çəkiblər

Ombudsmanın nümayəndələri üç rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanalarına baş çəkiblər
# 17 fevral 2012 14:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanının Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Şəki Regional Mərkəzinin əməkdaşları Şəki, Oğuz və Qəbələ rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qrupun üzvləri müəssisələrdəki saxlanma şəraitini araşdırıb, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Başçəkmə zamanı hər hansı qanun pozuntusu aşkar edilməyib.

Müvəqqəti saxlanma təcridxanalarında saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR