Bank Of Baku

Samux rayonunun Baş Planının təqdimatı keçirilib

Samux rayonunun Baş Planının təqdimatı keçirilib
# 17 fevral 2012 15:31 (UTC +04:00)
Samux. Ayxan Hüseynov-APA. Bu gün Samux rayonunun Baş Planının təqdimatı keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yeni Baş Planın hazırlanmasına 2008-ci ilədən start verilib. Yeni hazırlanmış Baş Planda 2020-ci ilə qədər Samux şəhərində ictimai mərkəz, yaşayış və sağlamlıq zonası, eləcə də sənaye müəssisələri yaradılacağı öz əksini tapib. Baş Planda rayon mərkəzində yeni 12, 14 və 16 mərtəbəli binaların tikilməsi də nəzərdə tutulub. Həmçinin bu illər ərzində rayonda yeni infrastrukturun yaradılması, yeni yolların, park və xiyabanların yaradılması nəzərdə tutulur. Şəhərsalma prinsiplərinin qorunması ilə hazırlanan yeni Baş Planın tərkib hissəsində rayonun siması tamamilə dəyişəcək. Baş Planda Samuxun ətraf şəhər və rayonlarla, eləcə də Gürcüstan Respublikası ilə sərhədləri tam müəyyənləşərək rayon ərazisinin 1456 kvadratkilometr olduğu açıqlanıb. Rayonun yeni Baş Planına uyğun olaraq Samux rayonundan Zaqatala rayonuna yeni yol çəkiləcək. Bu yol üzərində 3 körpünün salınması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR