Bank Of Baku

Masallıda “Xocalı-tarixin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib

Masallıda “Xocalı-tarixin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib
# 17 fevral 2012 15:47 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının Gənclər Birliyi bu gün “Xocalı - tarixin qanlı sahifəsi” mövzusunda tədbir keçirib. APA-nın cənub bürosunun məlumatına görə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Masallı rayon Gənclər Birliyinin sədri Seymur Nuriyev Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox soydaşımızın öz yaşayış məskənlərindən didərgin düşdüyünü, minlərlə insanın isə həlak olduğunu ürək ağrısı ilə qeyd edib. YAP fəalı Həmid Süleymanov “Xocalı- tarixin qanlı sahifəsi” mövzusunda məruzəsi ilə çıxış edib. Məruzədə Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-a keçən gecənin Xocalı faciəsi kimi daxil olduğunu, bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edilməklə azərbaycanlılara qarşı soyqırımı aktının törədildiyini və cəmi bir neçə saat ərzində 613 soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirildiyini bir daha yada salınıb.
Ərkivan qəsəbə orta məktəbin direktoru Sübhan Şiriyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Fərasəddin Fərziyev, YAP fəalları Kənan Haşımov, Namiq Abuşov və digərlərinin çıxışlarında da insanlığa qarşı yönələn erməni qəddarlığından söz açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR