Bank Of Baku

Ucar rayonunda ünvanlı sosial yardımların verilməsində problem yaranıb

Ucar rayonunda ünvanlı sosial yardımların verilməsində problem yaranıb
# 18 fevral 2012 08:02 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. Ucar rayonunda təyin olunmuş ünvanlı sosial yardımın alınmasında problem yaranıb. Bu barədə APA-nın yerli bürosuna məlumat verən sakinlər hər ay pulun kəsirlərlə verildiyini, bəzi aylar isə ümumiyyətlə, verilmədiyini bildiriblər.

Təyin olunmuş pul 12 ay müddətinə verilməli olduğu halda, 16-17 aya da verilmir. Bu da həm vaxtın uzanmasına səbəb olur, həm də təkrar ünvanlı sosial yardım üçün təyinat alınmasına maneçilik edir.

Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzin direktoru Natiq Məmmədovun sözlərinə görə, sosial yardım üçün ayrılan pul hər ay rayona kəsirlərlə verilir. Bu səbəbdən də sakinlər pulun hamısını vaxtında ala bilmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR