Bank Of Baku

Azərbaycan paytaxtına yenidən qar yağacaq

Azərbaycan paytaxtına yenidən qar yağacaq
# 18 fevral 2012 09:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, yağıntıların sulu qara, qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal küləyi arabir güclənəcək. Temperaturun gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Fevralın 20-də fasilələrlə yağıntı olacaq, qar yağacaq, axşama doğru tədricən kəsiləcək. Fevralın 19-dan 20-ə keçən gecə və səhər şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Aran rayonlarında temperatur gecə saatlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 3-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.

Fevralın 20-də bölgələrdə hava yağıntılı olacaq, qar yağacaq. Ayın 19-dan 20-nə keçən gecə yağıntının bəzi yerlərdə intensivləşəcəyi ehtimal edilir. Havanın temperaturu Aran rayonlarında gecə saatlarında 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR