Bank Of Baku

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlanıb
# 20 fevral 2012 10:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 120-215, Kiçik Qafqaz çaylarında 145-155, Lənkəran-Astara bölgəsi çaylarında 85-125, Naxçıvan MR çaylarında 20-25 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 148 kubmetr/saniyə olmaqla, ongünlük normanın 87, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 65 kubmetr/saniyə olmaqla, ongünlük normanın 92 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 623, Şirvanda 512, Bankədə 341, Araz çayının Novruzlu məntəqəsində isə 341 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR