Bank Of Baku

FHN-in Şimal Regional Mərkəzi Qubada təlim keçirib - FOTO

FHN-in Şimal Regional Mərkəzi Qubada təlim keçirib - <font color=red>FOTO</font>
# 20 fevral 2012 12:42 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Quba rayonunda yerləşən istirahət mərkəzlərinin birində təlim keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, təlimin əsas məqsədi mehmanxana, otel və istirahət mərkəzlərinin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydalarının və fövqəladə hallar zamanı həyata keçirilməli olan qabaqlayıcı tədbirlərin aşılanması olub. Tədbirdə Səhiyyə və Daxili İşlər Nazirliklərinin, həmçinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Qəza Xilasetmə Xidmətinin şəxsi heyəti iştirak edib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Fikrət Ələkbərov bu kimi təlimlərin bundan sonra da keçirilməsinin planlaşdırıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR