Bank Of Baku

Azərbaycanda pensiyaçıların 99,4%-i pensiyasını plastik kartla alır

Azərbaycanda pensiyaçıların 99,4%-i pensiyasını plastik kartla alır
# 21 fevral 2012 08:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin əvvəlinə kənd yerlərində yaşayan pensiyaçıların 99%-i, şəhərlərdə yaşayan pensiyaçıların isə 100%-i pensiyasını plastik kartlarla alır.

«APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

DSMF 2011-ci ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirlərini genişləndirib. Fonddan bildirilib ki, ümumilikdə ölkə üzrə pensiyaçıların 99,4%-nin pensiyasının plastik kartlarla ödənilir. Bu məqsədlə ümumilikdə 512, o cümlədən kənd və qəsəbələrdə 123 bankomatın istifadəsi təmin edilib.

«Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur» - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR