Bank Of Baku

Azərbaycanda məcburi köçkünlərin problemləri və tələbatlarına həsr olunmuş təhlil hazırlanıb

Azərbaycanda məcburi köçkünlərin problemləri və tələbatlarına həsr olunmuş təhlil hazırlanıb
# 21 fevral 2012 10:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda “20 il məcburi köçkün olmaq mümkündürmü?” adlı təhlilin təqdimatı keçirilib. APA-nın xəbərinə görə, Azərbaycanda məcburi köçkünlərin problemləri və tələbatlarına həsr olunmuş bu təhlil London İqtisadiyyat İnstitutu və “Brookings” İnstitutunun birgə layihəsi çərçivəsində hazırlanıb.

Təqdimatda çıxış edən icmalın müəllifləri Təbib Hüseynov və Yuliya Qureyeva Azərbaycanda məcburi köçkünlərə yardım göstərilməsi işinə yeni yanaşmanın vacibliyini vurğulayıblar. T. Hüseynov deyib ki, 2001-ci ildən bəri dövlət tərəfindən məcburi köçkünlər üçün 1 milyon kvadrat metr mənzil sahəsi və 70 qəsəbə tikilib istifadəyə verilsə də, köçkünlərin bir hissəsi hələ də inzibati binalarda məskunlaşıb və onların həyat şəraiti 20 il ərzində dəyişməyib. Belə həyat şəraiti isə ilk növbədə sağlamlıq və təhsil sahələrində problemlərə səbəb olur.

Tədqiqat müəllifləri 2 əsas problemi qeyd edir. T. Hüseynovun sözlərinə görə, birinci problem dövlət yardımları ilə bağlı vahid siyasətin olmamasıdır: “Bir sıra hallarda məcburi köçkün statusunun verilməsi meyarları anlaşılmaz olur. Məcburi köçkün statusuna malik olmasından asılı olmayaraq cəbhə xətti yaxınlığında yaşayan əhaliyə yardım edilməsi üçün xüsusi yardım siyasəti zəruridir”.

T. Hüseynov ikinci problem kimi cəbhəyanı zonalarda yaşayan əhalinin təhlükəsizliyinin təmin olunmasını göstərib: “2000-ci ildən başlayaraq yüz minə yaxın məcburi köçkün cəbhəyanı zonalarda inşa olunmuş qəsəbələrdə yerləşdirilib. Münaqişənin yenidən alovlanması halında onların təhlükəsizliyi narahatlıq doğurur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR