Bank Of Baku

Bakıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil və mədəniyyət” festivalı keçirilib

Bakıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil və mədəniyyət” festivalı keçirilib
# 21 fevral 2012 13:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakıda 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil və mədəniyyət” festivalı keçirilib. APA-nın məlumatına görə, tədbir BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycan nümayəndəliyi və Gənclərin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) birgə təşkilatçılığı ilə gerçəkləşib.

Çıxış edən BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin rəhbəri Envera Selimoviç Beynəlxalq Ana Dili Günü barədə iştirakçılara məlumat verib. O, hər bir insan üçün öz ana dilinin önəmli olduğunu vurğulayıb.

AGAT-ın rəhbəri Gülsel Səfərova çıxışında Azərbaycanın tolerant bir ölkə olduğunu, burada hər kəsin dilinə və dininə hörmətlə yanaşıldığını söyləyib.

Sonra Milli Məclisin üzvləri Aydın Mirzəzadə, Jalə Əliyeva, Rasim Musabəyov və başqaları çıxış edib.

Festivalda AGAT-ın Milli İcmaların Koordinasiya Şurasına daxil olan rus, Ukrayna, yəhudi, tatar, yunan, türk və polyak gənclər təşkilatlarının nümayəndələri şeir, mahnı, səhnəcik, rəqslər və təqdimatlarla çıxış edib.

Qeyd edək ki, UNESCO 1999-cu ildə fevral ayının 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR