Bank Of Baku

Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak edəcək müəllimlərin bir qrupu ilə görüş keçirilib

Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak edəcək müəllimlərin bir qrupu ilə görüş keçirilib
# 21 fevral 2012 14:10 (UTC +04:00)
Bakı.Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri artıq beşinci ildir keçirilir. Nazir bu il “Ən yaxşı müəllim” müsabiqəsinə 456 nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin II və III mərhələdə iştirak etmək hüququ qazandığını deyib. Müsabiqədə iştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimləri üstünlük təşkil edib.

Nazir dərs mövzusunun müəyyənləşdirilməsi qaydaları haqda məlumat verib, dərslərin 12 meyar üzrə qiymətləndiriləcəyini, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının yaradılacağını diqqətə çatdırıb. Əvvəlki illərdən fərqli olaraq, iştirakçıların sayı çox olan fənlər üzrə bir ekspert komissiyasının təşkil edildiyini söyləyən təhsil naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu qeyd edib. Onun sözlərinə görə, bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalanlara 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcək. II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında fəaliyyətinin əsas istiqamətlərini, uğurlarını, təkliflərini əks etdirən 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, iştirakçı müəllimlərin yekun balı müəyyən olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR