Bank Of Baku

Azərbaycanda «Gənc ailənin sosial müdafiəsi haqqında» qanun layihəsi hazırlanır

Azərbaycanda «Gənc ailənin sosial müdafiəsi haqqında» qanun layihəsi hazırlanır
# 21 fevral 2012 14:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda «Gənc ailənin sosial müdafiəsi haqqında» qanun layihəsi hazırlanır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib.

H. Rəcəblinin sözlərinə görə, hazırda adıçəkilən qanun layihəsi parlamentin Sosial Siyasət Komitəsindədir. Qanun layihəsinin parlamentin payız sessiyasının gündəliyinə salınması nəzərdə tutulur.

H. Rəcəbli qanun layihəsinin bəzi detalları barədə məlumat verərək bildirib ki, sənəddə gənc ailənin sosial müdafiəsi ilə bağlı məsələlər əksini tapır: «Aparılan tədqiqatlar göstərir ki, imkanlı ailələrdə daha çox psixoloji müdafiəyə, imkansız ailələrdə maddi məsələlərə diqqət yetirilməlidir».

Komitə sədri deyib ki, qanun layihəsində ipoteka kreditlərinin faizsiz və ya minimum faizlə uzun müddətə verilməsi, nikaha girən ailə üzvlərindən birinin işlə təmin olunması və s. məsələlər yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR