Bank Of Baku

Bakının 21 ümumtəhsil müəssisəsində “Ən yaxşı müəllim “ müsabiqəsində iştirak edəcək müəllimlər üçün sınaq dərsləri təşkil olunacaq

Bakının 21 ümumtəhsil müəssisəsində “Ən yaxşı müəllim “ müsabiqəsində iştirak edəcək müəllimlər üçün sınaq dərsləri təşkil olunacaq
# 22 fevral 2012 07:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspert komissiyalarının üzvləri ilə görüş keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanov ölkə prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin beşinci ildir keçirildiyini bildirib. Bu il “Ən yaxşı müəllim” müsabiqəsinə 456 nəfər sənəd verib, onlardan 229 müəllim müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanıb.

Nazir deyib ki, müsabiqə iştirakçılarının sınaq dərslərinin qiymətləndirilməsi 12 meyar üzrə aparılacaq. Bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətində nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcək. Sınaq dərsinin müzakirəsi yalnız müəllimin iştirakı ilə aparılacaq.

İştirakçı müəllimlərin dərslərinin dinlənilməsi qrafikinin artıq hazır olduğunu deyən nazir qeyd edib ki, sınaq dərsləri Bakı şəhərindəki 21 ümumtəhsil müəssisəsində təşkil olunacaq. Təhsil naziri həmin məktəblərin rəhbərlərinə müvafiq təşkilati işlərin görülməsi üçün zəruri tapşırıqların verildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR