Bank Of Baku

“Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu” mövzusunda tədbir keçirilib

“Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu” mövzusunda tədbir keçirilib
# 22 fevral 2012 10:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda “Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə Beynəlxalq Əmək Təşkilatının rolu” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Həmkar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyev bildirib ki, konfrans ikipilləli əmək bazarında mövcud olan diskriminasiya hallarına qarşı mübarizədə və işçilərin müdafiəsinin yaxşılaşdırılmasında həmkarlar ittifaqlarının rolunu müəyyənləşdirmək məqsədi daşıyır. İ. Əliyevin sözlərinə görə, qeyri-formal əməyə cəlb edilmək və sosial sığorta olmadan çalışmaq insanların gələcəkdə pensiya təminatını sual altında qoyur: “Qeyri-formal sahədə çalışan işçilərin 30 faizindən çoxu qanunvericilik tərəfindən müdafiə olunmur. Çünki onların əksəriyyəti müqaviləsiz çalışırlar”. İ. Əliyev deyib ki, qeyri-formal sahədə işləyənlərin əsas hissəsini miqrantlar təşkil edir. Onun sözlərinə görə, AHİK miqrantların həmkarlar ittifaqlarının yaradılması ilə bağlı Rusiya, Gürcüstan, Ukrayna ilə müsbət işlər görüb. Yaxın vaxtlarda Qazaxıstanda da bu məsələ ilə bağlı görüşlər keçiriləcək.

Beynəlxalq Əmək Təşkilatının beynəlxalq əmək standartları üzrə baş mütəxəssisi Alan Pels “Hamı üçün layiqli əmək” mövzusunda çıxış edib. O deyib ki, işçilər yalnız statusuna, cinsinə, yaşına görə deyil, həm də işəgötürənlə bağlanan müqavilənin növü və ya onun yoxluğu ilə əlaqədar diskriminasiya riskinə məruz qalırlar. Müqavilələri müdafiə olunmayan işçilərin əksəriyyəti qeyri-formal iqtisadiyyatda işləyən və ya hüquqi statusu olmayan miqrant fəhlələrdir. A.Pelsin sözlərinə görə, xüsusi, riskli yerlərdə çalışan işçilərlə əmək münasibətləri onların statusları nəzərə alınmaqla tənzimlənməlidir. Belə işçilərin ödənişləri, istirahət hüquqları illik məzuniyyətlərinə təsir etməməlidir.

Dövlət Əmək Müfəttişliyini Xidmətinin rəis müavini Məhərrəm Məhərrəmov əmək qanunvericiliyinə əməl olunması istiqamətində Azərbaycanda aparılan dövlət nəzarətindən danışıb. O deyib ki, müfəttişlik çalışır ki, işçilərlə əmək müqavilələrinin bağlanılması təmin edilsin. Qanunvericiliyə əsasən əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsinə görə, yüksək məbləğdə cərimələr nəzərdə tutulub. M. Məhərrəmov bu sahədə ölkədə vəziyyətin ildən-ilə yaxşılaşdığını bildirib.

Tədbir öz işini sessiyalarda davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR