Bank Of Baku

6 335 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

6 335 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilib
# 29 aprel 2023 11:11 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 2176 şəxsə Agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Həmin şəxslərdən də əlilliyi olan 181 gənc Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.

Son 3 ayda tənha ahıl və əlilliyi olan 4 159 şəxsə isə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib. Bu dövrdə 448 imtiyazlı şəxs Agentlik tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR