Bakıda parad və atəşfəşanlığın keçirildiyi ərazidə təmizlik-dezinfeksiya işləri aparılıb

Bakıda parad və atəşfəşanlığın keçirildiyi ərazidə təmizlik-dezinfeksiya işləri aparılıb
# 11 dekabr 2020 12:38 (UTC +04:00)

Vətən müharibəsində qazanılmış tarixi Qələbə münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıb, gecə saatlarında isə kommunal departamentin xüsusi təyinatlı nəqliyyat vasitələri tərəfindən mərkəz ərazilərdə bütün küçələr xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilib.

Paytaxtda sanitar-təmizliyin yüksək səviyyədə təminatı ilə bağlı işlər gündəlik davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR