Bank Of Baku

AEBA eksperti: Azərbaycanda nüvə tədqiqatları ilə bağlı kadrların hazırlanması üçün iş aparılır

AEBA eksperti: Azərbaycanda nüvə tədqiqatları ilə bağlı kadrların hazırlanması üçün iş aparılır
# 02 may 2023 15:32 (UTC +04:00)

"Nüvə tədqiqatları ölkədə yeni bir sahədir. Hazırda bu sahədə kadrların hazırlanması istiqamətində iş aparılır".

Bunu APA-ya açıqlamasında Milli Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) eksperti Muxtar İmranov deyib.

O, ölkəmiz üçün bu sahədə böyük perspektivlər olduğunu bildirib.

Heydər Əliyev şəxsiyyətinə toxunan Muxtar İmranov vurğulayıb ki, onun kimi şəxslər heç 100 ildə bir də gəlmir: “Onun cismani yoxluğu bizi hüznləndirsə də, daim qəlblərimizdə yaşayır. Onun ideologiyası çevik ideologiya olmaqla bərabər bu gün də yaşayır və hər bir dövr üçün özünü doğruldur. Böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, respublikadan kənarda oxumaq üçün göndərdiyi gənclərdən biri də mən olmuşam. Həmən 1976-ci ildə böyük bir tədbir keçirildi və Ümummilli Lider böyük bir çıxış etdi. Bundan sonra Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər xaricdə təhsil almaları üçün yola salındılar. Mən Moskva Energetika İnstitutunun Enerji Fizikası fakültəsini bitirdim. Həmin institut daha sonra böyüdü və artıq universitet kimi fəaliyyət göstərir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR