Bank Of Baku

Ağacların qanunsuz kəsilməsi ilə bağlı sənədlər Prokurorluğa təqdim edilib

Ağacların qanunsuz kəsilməsi ilə bağlı sənədlər Prokurorluğa təqdim edilib
# 12 aprel 2023 12:15 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt, Hacıqabul şəhərlərində və Samux rayonu ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Sumqayıt şəhəri, 36-cı məhəllədə Vaqif Rzayev tərəfindən, Samux rayonu, Sərkar kəndində Vədadil Qarayev, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Rahil Baxışov, Hacıqabul rayonu, yol kənarı ərazidə isə Hacıqabul Rayon Yaşıllaşdırma və Abadlıq İşləri Sahəsi tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR