Bank Of Baku

Ali Məhkəmə “Femida Dialoq Platforması” adlı layihəyə başlayır

Ali Məhkəmə “Femida Dialoq Platforması” adlı layihəyə başlayır
# 18 aprel 2023 11:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Ali Məhkəməsi “Femida Dialoq Platforması” adlı yeni layihəyə başlayır.

APA xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Məlumata görə, layihənin məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdən ibarətdir.

Geniş hüquq ictimaiyyəti ilə dialoqu nəzərdə tutan və silsilə xarakter daşıyacaq layihə çərçivəsində ilk görüşün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR