Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri Elvin Hətəmzadə aprelin 20-də saat 10:00-da Oğuz Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Oğuz şəhəri, Heydər Əliyev prospekti 1) Oğuz və Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə APA-ya Ali Məhkəmədən bildirilib.
Vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-82 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və twitter) vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qeydiyyat 2023-cü il aprelin 19-da saat 18:00-da başa çatır.