Bank Of Baku

AQTA: Vəhşi heyvanların peyvəndlənməsində ilk dəfə aviasiyadan istifadə edilib

Qoşqar Təhməzli

© APA | Qoşqar Təhməzli

# 25 aprel 2023 09:30 (UTC +04:00)

İlk dəfə aviasiyadan istifadə etməklə vəhşi heyvanlarda quduzluğa qarşı peyvəndlənməyə nail olduq.

APA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbir zamanı deyib.

O qeyd edib ki, regionda vəhşi təbiətin əsas problemlərindən biri də quduzluq xəstəliyi ilə bağlıdır.

"İlk dəfə aviasiyadan istifadə etməklə quduzluq əleyhinə peyvəndlənmə aparılıb. Gürcüstanla sərhəd ərazilərdə aldadıcı yemlərdən istifadə etməklə vəhşi heyvanların peyvəndlənməsinə nail olunub. Hesab edirəm ki, bununla da problemlə mübarizədə irəliləyiş əldə etmək mümkündür”, - deyə Qoşqar Təhməzli əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR