İşğaldan azad olunmuş ərazilərdə nümunəvi bələdiyyələr formalaşdırılacaq.
APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda keçirilən konfransda çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.
Komitə sədri qeyd edib ki, yaxın gələcəkdə azad olunmuş ərazilərdə kəndlər, şəhərlər salındıqdan sonra orada nümunəvi bələdiyyələr yaradılacaq.