Bank Of Baku

Azərbaycan Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib - FOTO

Azərbaycan Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib - FOTO
# 03 may 2023 18:50 (UTC +04:00)

Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi, həmçinin Azəri Türk Qadınlar Birliyinin 27 yaşının tamam olması münasibətilə 3 may Türkçülük Günü ilə əlaqədar olaraq, Azərbaycan Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

APA xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, deputatlar, həmçinin ədəbi-ictimai xadimlər, mədəniyyət nümayəndələri və media mənsubları, Vətən Müharibəsi iştirakçıları iştirak edib.

Çıxış edən Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan-türk qardaşlığından, Ulu Öndərin bu istiqamətdə fəaliyyətindən, eyni zamanda, birliyin keçdiyi yol barədə geniş məlumat verib: "Bizim tək məqsədimiz millətimiz üçün çalışmaqdır. Bu, könül işidir. Bu yol sevgi dolu yoldur. Və bu yolda qarşımıza çıxan bütün çətinlikləri aşmağımıza da səbəb, sözsüz, məhz bu sevgidir".

Tənzilə Rüstəmxanlı Vətən Müharibəsindəki zəfərimizdən bəhs edib: "Bizə yaşatdığınız o zəfərin sevinci içində bu gün sizlərə görüşürük. Var olsun Cənab Ali Baş Komandan. Var olsun Azərbaycanın Müzəffər Ordusu. Var olsun şəhid və qazilərimizin anaları. Biz bu qələbə üçün sizlərə borcluyuq".

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Azəri Türk Qadınları Birliyinin bu illər ərzində fəaliyyətini yüksək qiymətləndirib.

Sədr müavini Azərbaycan və Türkiyə qardaşlığına diqqət çəkərək bu qardaşlığın əbədiliyinə inamını ifadə edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da, öz növbəsində, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq tərəfindən söz açıb.

"Azərbaycan-Türkiyə münasibətlərinin bir adı var: qardaşlıq. Bu il həm Ulu Öndər Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin yüz illik yubileyidir. Heydər Əliyev şəxsiyyəti bütün dünyada söz sahibi olan bir şəxsiyyət olub. Mən Qazi Mustafa Kamal Atatürkün bir ifadəsini xatırlamaq istəyirəm. Atatürk Naxçıvan üçün "türk qapısı" ifadəsini işlədib. Mən əminəm ki, əlbəttə, o qapı bir gün açılacaq".

Səfir Türk Dövlətləri Təşkilatından, onun dünyadakı yerindən də danışıb: "Eyni zamanda, 5 güclü türk dövləti Türk Dövlətləri Təşkilatı adı altında elə bir möhkəm bağlara sahib nöqtəyə gəlib ki, dünyaya səs sala bilib. Biz istəyirik ki, Türkmənistan da bu il artıq bizim təşkilata üzv olsun və bu birlik tamamlansın".

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxışı zamanı Azərbaycanda Türkçülük Gününün təmtəraqlı formada qeyd olunmasına diqqət çəkib.

Sabir Rüstəmxanlı türk xalqlarına qarşı dünyada tarixən baş verən haqsız situasiyalardan söz açıb: "Bu gün türk adı öz külündən doğulub. Bu gen türkçülük dünyada qəbul olunması lazım olan bir ideologiyaya çevrilir. Türk xalqlarının, türk dövlətlərinin birliyi bu səbəblərdən zərurətdir".

Çıxışlar yekunlaşdıqdan sonra Azəri Türk Qadınlar Birliyinin "Türkçülük yolunda" adlı sənədli filmi nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR