"Casa Art Center"də C.H.I.P - Western Civilization Heritage İsrael Programın rəhbəri Nurit Greengerin təşkilatçılığı ilə ABŞ-ın Kaliforniya ştatından gələn şef Nir Vein Bluthun kulinariya seansı baş tutub.
APA xəbər verir ki, kaliforniyalı master-şef azərbaycanlı gənc aşpaz tələbələr üçün Azərbaycan, İsrail, ABŞ yeməkləri hazırlayıb.
Şef Nir Vein Bluth Azərbaycana səfər etdiyi üçün xoşbəxt olduğunu qeyd edib.