Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi olub.
APA xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.
Belə ki, idarəetməni itirən "Chevrolet" markalı avtomobilin sürücüsü maşını işıq dirəyinə çırpıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib. İşıq dirəyi sıradan çıxıb, avtomobil deformasiyaya uğrayıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.
Elşən Yəhyayev