Bank Of Baku

Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI
# 15 may 2023 08:41 (UTC +04:00)

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir:

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. “20 Yanvar” dairəsində;

5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Həsən bəy Zərdabi küçəsi, Musabəyov parkı istiqamətində;

10. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

11. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR