Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüşdə T.Konyetskonun və J.Zunqrananın Azərbaycanda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” reqatasında iştirakı yüksək qiymətləndirilib.
Turninin təntənəli açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində - Suqovuşanda keçirilməsi məmnunluqla vurğulandı, yarışda iştirak edən ölkələrin sayının ilbəil artdığı diqqətə çatdırılıb.
Eyni zamanda Azərbaycanla Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.