Bank Of Baku

Baş Prokurorluq Sabirabadda regional konfrans keçirəcək

Baş Prokurorluq Sabirabadda regional konfrans keçirəcək
# 13 aprel 2023 10:19 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 18-də Sabirabadda ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.

APA-nın məlumata görə, konfransda, Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR