Bank Of Baku

Bayram günlərində 72 nəfər zəhərlənib, 1 nəfər ölüb

Bayram günlərində 72 nəfər zəhərlənib, 1 nəfər ölüb
# 25 aprel 2023 14:30 (UTC +04:00)

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından, zəhərlənib. 1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən 1 nəfər (qadın) dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR