Ramazan bayramı ilə əlaqədar 21-24 aprel tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qeyri-iş günü olacaq.
Bu barədə APA-ya Agentlikdən məlumat verilib.
Bundan əlavə, DOST Agentliyindən APA-ya verilən xəbərə görə, bayramla əlaqədar 21-24 aprel tarixlərində DOST mərkəzləri və Çağrı Mərkəzi 142 də fəaliyyət göstərməyəcək.
Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, Ramazan bayramı ilə əlaqədar olaraq DSMF-nin qəbul şöbələrində 21-24 aprel tarixlərində vətəndaş qəbulu olmayacaq, qeyri-iş günləridir.
Hər üç quruma vətəndaşlar 25 aprel tarixindən yenidən müraciət edə biləcəklər.